İmam Hüseyn haqqında
Hüseyn ibn Əli (ərəb. حسين بن علي) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Taiyabi vəMustaali İsmaili şiələrinin 2-ci imamı, xəlifəsi və 5-ci məsumu; Dörd, Yeddi, On iki imam şiələrinin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə.
İmam Hüseyn adı, Əbu Abdullah[1] ləqəbi ilə məşhurdur. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və Məhəmmədin nəvəsidir.[2] Məhəmməd onu və qardaşı Həs
Adının qoyulması
Şiə rəvayətlərinə görə, Məhəmməd hələ Hüseyn üçün bir ad təyin olunmadan əvvəl onun üçün Hüseyn adını Allahın əmri ilə ona qoymuşdur.[4] Buna görə Məhəmməd hər kəsə elan edərək belə buyurmuşdur: "Mən, bu iki övladımın adlarını Həsən və Hüseyn qoymaqla əmr olundum."[5], "Harun iki oğulunun adını Şubbər və Şubeyr qoydu və mən də bu iki övladımın adlarını Harunun uşaqlarına qoyduğu adların eynisi olan Həsən və Hüseyn olaraq qoyuram."[6] Nəql edildiyinə görə Hüseynin Tövratdakı adı Şubeyr və İncildəki adı Tab olaraq keçməkdədir.[7]
Bəzi rəvayətlər Həsən və Hüseyn adlarının cənnət adlarından olduğu və İslamdan əvvəl istifadə olunmadığı istiqamətindədir.[8] İbn Sədin[9] yazdığına görə, Abbas ibn Əbdülmüttəlibin həyat yoldaşı Ümmü Fəzl Məhəmmədin əmri ilə Hüseynin baxıcılığını (həm də süd analığını) boynuna götürmüş və bu şəkildə Hüseyn, Kusam ibn Abbasın süd qardaşı olmuşdur.
Künyələri
Hüseyn dünyaya gəldiyi zaman Məhəmməd tərəfindən ləqəbi Əbu Abdullah olaraq qoyulmuşdur.[11] Ancaq Huseybi[12] Hüseynin şiələr yanında künyəsinin Əbu Əli olduğunu iddia etmişdir. Əbuş-Şühəda (şəhidlər atası), Əbul-Əhrar (azadlar atası) və Əbul-Mücahidin (mücahidlərin atası) Hüseynin digər künyələrindəndir.
Ləqəbləri
Hüseynə çox sayda ləqəb nisbət verilmişdir. Bu ləqəblərin əksəriyyətində qardaşı Həsənə verilən ləqəblərlə müştərəkdirlər. Hüseynin məxsusi ləqəbləri bunlardan ibarətdir: Zəki, Tayyib, Vafi, Seyid, Mübarək,[14] Nafi, əd-Dəlilu alə zatullah (Allahın varlığına dəlil), [15] Raşid, ət-Tabiu Li-Mərzatillah[16] (Allahın razılığına tabe olan).[17] İbn Təlhə Şafei, [18] Hüseynin "Zəki" ləqəbinin digər ləqəblərindən daha məşhur olduğunu, "Seyyidi Şəbabi Əhli-Cənnət" (Cənnət gənclərinin ağası) ləqəbinin isə onun ən əhəmiyyətli ləqəbi olduğunu ifadə etmişdir. Şiə imamlarının bəzi hədislərində isə Hüseyn "Şəhid" və "Seyyiduş-Şühəda" (Şəhidlərin ağası) ləqəbləri ilə xatırlanmışdır.[19]
Doğulması
Hüseyn Mədinədə dünyaya gəlmişdir. Dünyaya gəlmə tarixini bəziləri hicri 3-cü[20], bəziləri isə 4-cü[21] il olaraq yazmışlar. Lakin tarixçi və mühəddislər arasında məşhur olan nəzər Hicrətin dördüncü ilində dünyaya gəldiyi istiqamətindədir. Hüseynin hansı gün dünyaya gəldiyi mövzusunda müxtəlif iddialar var. Məşhur nəzərə görə, Şaban ayının 3-də dünyaya gəlmişdir
Həyat yoldaşları və övladları
Əmrul-Qeysin qızı Rübab, Sasani şahı Yezdəgerdin qızı Şəhribanu, Əbu Murrət b. Urvə b. Məsud Səqəfinin qızı Leyla, Təlhənin qızı Ümmü İshaq və bəzi mənbələrdə Kudaə qəbiləsindən bir qadının da Hüseynin həyat yoldaşlarından biri olduğu yazılmışdır. [36] Sibt b. Cövzi[37] onun adının Sülafə, Beyhəqi[38] isə adının Məlumə olduğunu yazmışdır. Həyatı haqqında əldə hər hansı bir məlumat yoxdur. Şeyx Abbas Qumi, Hüseynin adı müəyyən olmayan bir həyat yoldaşını daha qeyd etmişdir. Hamilə olduğu və Kərbəla hadisəsində əsir Əhli-beyt karvanı ilə birlikdə hərəkət edərkən Xələb yaxınlığında bir yerdə uşağını saldığını yazmışdır. [39] Şeyx Mufid, Hüseynin 4 oğlan və 2 qız olmaqla 6 uşağının olduğunu iddia etmiş, [40] Əllamə Seyid Muhsin Əminin bəzi sözlərindən[41] və İbn Həşşab,[42] Hüseynin 6 oğlan və 3 qız olmaqla 9 uşağının olduğunu; İbn Şəhriaşub "Mənaqib"[43] kitabında, Ərbili isə "Kəşful-Ğummə" kitabında Hüseynin 6 oğlan və 4 qız olmaqla 10 uşağının olduğunu[44] və hətta bəziləri 10-dan çox uşağının olduğunu qeyd etmişlər. Qədim mənbələr, [45] Hüseynin 4 oğlan, 2 qız; sonrakı mənbələr isə 6 oğlan və 3 qızının olduğunu yazmışdır. [46] Sonrakı mənbələrdə 2 oğlan və 1 qız uşağının adları bu şəkildə keçməkdədir: Əli Əsgər, Məhəmməd, Zeynəb. [47] İbn Təlhə Şafei[48] isə Hüseynin uşaqlarının sayını 10 olaraq ifadə etmiş, ancaq 9 dənəsinin adını zikr etmişdir. Sonrakı bəzi təzkirə və mərsiyə kitablarında Hüseynin 4 yaşındakı Rükəyya adında bir qızından da bəhs edilmişdir. [49] Ümumən mənbələrdə Hüseynin həyat yoldaşlarının və uşaqlarının adları bu şəkildədir:
- Əli b. əl-Hüseyn (əl-Əkbər) yaxud Əli Övsət, Şiələrin dördüncü imamıdır. Zeynul Abidin (İbadət edənlərin ziynəti) olaraq tanınmış, ləqəbi Səccad və künyəsi Əbu Məhəmməddir. Anası Sasani şahı Yezdəgerdin qızı Şəhribanudur.
- Əli b. əl-Hüseyn (əl-Əsgər), Hüseynin böyük oğludur. Əli Əkbər deyə məşhurdur. Kərbəlada öldürülmüş və anası Əbu Murrət b. Urvə b. Məsud Səqəfinin qızı Leyladır.
- Cəfər b. əl-Hüseyn, anası Kudaə qəbiləsindəndir. Özü Hüseyn həyatda ikən dünyadan köçmüş və ondan geriyə bir nəsil qalmamışdır. [50]
- Abdullah b. Hüseyn, Abdullah Razi (süd əmən) deyə bilinən Əli Əsgərdir. Anasının adı Rübabdır.[51]
- Sukeynə binti əl-Hüseyn, İmam Hüseynin (ə.s), kiçik qızıdır. Onun anası da Rübabdır.
- Fatimə, [52] Hüseynin böyük qızıdır. Anası Təlhə b. Ubeydullah Təmiminin qızı Ümmü İshaqdır.[53]
- Məhəmməd, Kərbəlada öldürülmüşdür. Onun anası da Rübabdır.[54]
- Zeynəb, anasının adı müəyyən deyil. [55]
- Rüqəyya Mərhum Hairi, anasının üçüncü Yezdəgerdin qızı Şəhribanu olduğunu yazmışdır. [56] Bəzi nəqllərlə üst-üstə düşən nəzər isə anasının Ümmü İshaq olduğu istiqamətindədir. [57]
- Muhsin b. Hüseyn, anası Hüseynin digər həyat yoldaşlarından biridir. Adı məlum deyil. Hamilə olduğu və Kərbəla hadisəsində əsir Əhli-beyt karvanı ilə birlikdə hərəkət edərkən Xələb yaxınlığında bir yerdə uşağının tələf olduğu yazılmışdır. [58] Bu yer, hal-hazırda Suriyada ziyarət edilən türbələrdən biridir.
Hiç yorum yok:
Yorum Gönder